Ölkə

Mübariz Qurbanlı: "Azərbaycanda beşinci kolon yaratmaq cəhdləri istənilən nəticəni verməyəcək" - VİDEO

18 Mart 2020 14:20
Baxış: 1 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan daxilində bəzi qruplar xarici dairələrin dəstəyi ilə ölkəmizdə bu və ya digər məsələlərə müdaxilə etməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər.

Milli.Az xəbər verir ki, bunu Trend İnformasiya Agentliyinin "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsində YAP sədrinin icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu gün dünyada çox ciddi dəyişikliklər baş verməkdədir. Dünyada mövcud olan yeni çağırış və problemlərə uyğun addımlar atmaq lazımdır.

M.Qurbanlı əlavə edib ki, Prezident İlham Əliyevin apardığı siyasət də Azərbaycanı hər hansı xarici təsirlərdən və təhdidlərdən qorumağa, Azərbaycanın maraqlarını təmin etməyə yönəlib:

"Azərbaycan siyasi, sosial, iqtisadi sahədə çox ciddi uğurlara imza atır. Lakin Azərbaycanın daxilində bəzi qruplar var ki, onlar xarici dairələrin dəstəyi ilə ölkəmizdə bu və ya digər məsələlərə müdaxilə etməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Prezident də vurğuladı ki, Azərbaycan xalqı buna heç zaman imkan verməyəcək. Prezidentin şəxsiyyət, lider olaraq xalqa arxalanması, xalqın da Prezidentə arxalanması sayəsində bu cür cəhdlər beşiyindəcə iflasa uğrayacaq. Azərbaycanda beşinci kolon yaratmaq cəhdləri istənilən nəticəni verməyəcək. Çünki Azərbaycan xalqı müstəqilliyinə, dövlətçiliyinə, milli-mənəvi dəyərlərinə sadiqdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.