Ölkə

Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı xəstəxanadan buraxılıb

16 Mart 2020 19:39
0 Şərh     Baxış: 1 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda ilk koronavirusa yoluxma qeydə alındığı etnik azərbaycanlı sağalıb və xəstəxanadan evə buraxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 55 yaşlı kişinin təkrar testlərinin cavabı mənfi olub. Ona bir həftə müddətinə ev şəraitində özünü təcrid etməsi tövsiyə edilib.

Qeyd edək ki, Marneulidən olan həmin şəxs fevralın 25-də İranın Qum şəhərindən Azərbaycan vasitəsi ilə Gürcüstana qayıdıb. Onda virusa yoluxma fevralın 26-da təsdiq edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.