Ölkə

Qaxda gənc qız burun əməliyyatında öldü

13 Mart 2020 09:39
0 Şərh     Baxış: 2 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Qax rayon Mərkəzi Xəstəxanasında baş verib.

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasına müraciət edib.

Xəstəxanın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib.

Tibbi müdaxilələrə baxmayaraq xəstə dünyasını dəyişib.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.