Ölkə

Bakıda taksilər gündəlik dezinfeksiya edilir - FOTO

12 Mart 2020 17:09
0 Şərh     Baxış: 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus "COVİD-19" infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirliyin tabeliyində "Bakı Taksi Xidməti" MMC-nin paytaxtda xidmət göstərən avtomobil vasitələrinin gündəlik dezinfeksiya edilməsi təmin olunur.

Zəruri profilaktik işlər mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Xidmətə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur.

Qeyd edək ki, səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir.

Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.