Ölkə

Bakıda qadının çənəsini sındırıb zorladılar - TƏFƏRRÜAT

4 Mart 2020 17:51
0 Şərh     Baxış: 3 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 30 yaşlı qadını zorlamaqda təqsirli bilinərək məhkum olunan Loktionov Ruslan Oleqoviç Ali Məhkəməyə müraciət edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, onun müraciətinə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası aprelin 15-nə təyin olunub.

Qeyd edək ki, hadisə yanvarda Nəsimi rayonu ərazisində baş verib.

Naməlum kişi gecə işdən evə gələn qadına hücum edib.

Oğlan qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb.

Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub. Polislər qadının qışqırıq səsini eşidərək onun köməyinə qaçıblar.

Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar.

Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub.

Ruslan Loktinova qarşı cinayət məcəlləsinin 149.2.4-cü maddəsi ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.