Ölkə

Bakı metrosu işçi axtarır

3 Mart 2020 15:33
0 Şərh     Baxış: 2 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Metropoliteni" QSC-yə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis tələb olunur.

Qurumdan Milli.Az-a verilən məlumata görə, ərizələr elektron qaydada qəbul edilir.

Namizədlər ali texniki təhsilli və ən azı 2 il əlaqədar iş təcrübəsi olması (Tikinti sahəsində təcrübə arzuolunandır), ixtisas üzrə sertifikatların mövcudluğu, rus və ingilis dilini bilməsi arzuolunandır. Müraciət edənlərin Ms Office (Outlook, Word, Excel, Power Point) proqramlarında iş bacarığının olması, qaydaların tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətcillik və insanlarla rahat münasibət qura bilməsi vacibdir.

İşçinin vəzifə öhdəlikləri:
• Əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi, o cümlədən aşağıda sadalanan vəzifə və öhdəlikləri düzgün yerinə yetirmək;
• İşçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək, sənədləşmənin düzgünlüyünü təmin etmək;
• Bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq;
• Təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaları həyata keçirmək;
• Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq struktur vahidləri tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini nəzarətdə saxlamaq;
• SƏTƏMM yoxlamalarına aid hesabatlar tərtib etmək;
• Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

İş qrafiki: 5 günlük iş rejimi.
Əmək haqqı: müsahibə zamanı dərəcəyə uyğun müəyyən edilir.

İddiaçılar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.