Ölkə

8-ci km bazarında mənşəyi məlum olmayan 635 kq ət aşkarlandı

28 Fevral 2020 20:19
2 Şərh     Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı adlanan ərazidə fiziki şəxs Həsənov İlqar Orucəli oğluna məxsus ət tədarükü sahəsinə baxış keçirilib. Həmin sahədə soyuducularda ümumi çəkisi 635 kq-dan artıq mənşəyi məlum olmayan ət aşkarlanıb. Ətin satış məqsədilə müxtəlif rayonlardan tədarük edildiyi məlum olub.

Yoxlama zamanı ətin rənginin qara, kəskin qoxulu və səthinin selikli olduğu müşahidə edilib. Bununla yanaşı ətin mənşəyi ilə bağlı heç bir sənəd AQTA əməkdaşlarına təqdim olunmayıb.

Aşkarlanan ətlər müsadirə edilərək saxlanca verilib və götürülən nümunələr sınaqların aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.