Ölkə

Gədəbəydə ağır qəza: ana və oğlu öldü - ADLAR

28 Fevral 2020 14:17
1 Şərh     Baxış: 1 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.

"Mitsubishi Pajero" markalı avtomobil "VAZ-21011" markalı maşınla toqquşub.

Qəza nəticəsində "VAZ-21011"in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər. 1955-ci il təvəllüdlü Mahir Tağıyev, 2010-cu il təvəllüdlü Məcid Nuriyev və 1961-ci il təvəllüdlü Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
(APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.