Ölkə

“Avtomobilinizi oğurlaya bilərlər” - VİDEO - FOTO

28 Fevral 2020 14:29
1 Şərh     Baxış: 1 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər minik avtomobillərindən oğurluq halları artıb. Bu hadisələrin daha çoxu isə paytaxtın inzibati ərazisində qeydə alınıb. Təkcə ötən həftə 20-dən artıq qarət faktı qeydə alınıb. Əvvəllər belə hallar gecənin qaranlığında baş verirdisə, indi günün günorta çağı da oğurluq əməllərinə rast gəlinir.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

Zərərçəkən: "Səhər durdum maşına baxdım, gördüm "baqaj"ı açıqdı. Tikinti aparatlarımı aparmışdılar. 7-8 min manat qiyməti olardı".

Məsələ ilə bağlı hüquq mühafizə orqanları da vətəndaşlara müricət edib. Polis nəqliyyat vasitəsi sahiblərinə diqqətli və ehtiyyatlı davranmağı tövsiyyə edib.

Elşad Hacıyev - BŞBPİ-nin rəsmisi: "Bu diqqət, mühafizə nədən başlayır? Vətəndaşlar öz avtomobillərini işıqlandırılan, mühafizə olunan TŞ kameraları olan  yerlərdə küçə və prospektlərdə saxlaması tövsiyyə olunur".

Oğruları cəlb edən isə, avtomobillərdə unudulan və ya gözlə görülən əşyalardır ki, mütəxəssislər də diqqəti məhz bu amilə yönəldir.

Elməddin Muradlı - Ekspert: "Oğrular avtomobilin içərisində göz gəzdirir, qiymətli əşya gördükdə oğurluq edirlər. Amma elə oğrular da var ki, onlar üçün fərqi yoxdu. Avtomobili sındırırlar, dağıdırlar, əl baqajına baxırlar, monitor, maqnitofon aparırlar satırlar".

Müassir avtomobillər səs və titrəyişə qarşı həssas olsa da, peşəkar oğrular üçün ən unikal vasitə el arasında "sveça" kimi tanınan yandırma şamıdır. Bu şamları hissələrə ayıraraq avtomobilin yan şüşələrini sındırıb qarəti həyata keçirirlər".

Qarət halları nəzarətçilərin olduğu və xüsusi saxlama yerlərindən də qeydə alınır. Amma belə hadisələr baş verərkən, həmin yerə nəzarət edən şəxslər yaxlarını kənarə çəkirlər.

Elməddin Muradlı - Ekspert: "Həmin nəzarətçilərə ümumiyyətlə pul verməsinlər. Onlara arxayın olmasınlar, çünki onların heç bir funksional vəzifəsi yoxdur. Bir hadisə də olsa, siz onlara heç nəyi sübut edə bilməyəcəksiniz...".

İstənilən halda zərərçəkən tərəfin məsulliyəti və diqqəti onları belə hadisələrdən sığortalaya bilər. Sığorta məsələsinə gəlincə isə, belə hallarda yalnız kasko sığortalı avtomobillərə dəyən ziyanı qarşılanır. Digər maddi zərərlər isə sürücülərin itkisi olaraq qalır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.