Ölkə

Güclü külək bəzi rayonlarda qaz təsərrüfatına ziyan vurub - FOTO

28 Fevral 2020 12:39
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 28-də gecə saatlarında əsən güclü külək qaz təsərrüfatına da fəsadsız ötüşməyib.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, Oğuz rayonunun Bucaq, Calut, Muxas, Bayan kəndlərini qazla təmin edən 159 mm diametrində olan orta təzyiqli qaz xətti aşan irigövdəli ağacın altında qalıb.

Nəticədə kəmərə ciddi zərər dəyib. Kəmərin zədələnmiş hissəsinin təmiri ilə bağlı təhlükəsizlik tədbiri olaraq 4 kəndin minə yaxın abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Binəqədi rayonu Binəqədi kəndində Ə.Qarayev küçəsində isə vətəndaşa məxsus hasarın aşması nəticəsində 25 mm və 20 mm diametrində olan qaz xətləri qırılıb, bir ədəd qaz sayğacı yararsız hala düşüb. "Azəriqaz" İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşları hər iki halda fəsadların tezliklə aradan qaldırılmasına çalışır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.