Ölkə

Oğuzdakı silahlı qətlin təfərrüatı məlum oldu

28 Fevral 2020 11:44
1 Şərh     Baxış: 3 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuz rayonunda qətl hadisəsinin təfərrüatları məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayonun Kərimli kəndində baş verən qətl hadisəsi yonca toxumu üstündə baş verib. Belə ki, qətlə yetirilən 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayev kənddə tingçiliklə məşğul olurmuş və kənd ərazisində avtomobili ilə birlikdə ting satırmış. Qətl hadisəsini törədən Məsumov Zərgəm Məmməd oğlu isə bu gün səhər saatlarında həmin əraziyə bir kisə yonca bitkisinin toxumunu gətirərək satmaq istəyib. Z.Məsumov gətirdiyi yonca kisəsini E.Abdullayevin avtomobilinə söykəyib, bu isə E.Abdullayevin xoşuna gəlməyib. Tərəflər arasında mübahisə başlayıb və E.Abdullayev Z.Məsumovu söyüb. Z. Məsumov da evə gedərək saxladığı of tüfəngini götürərək geri qayıdıb və E.Abdullayevi güllələyib. E.Abdullayev hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxs silahla birlikdə Oğuz rayon Polis Şöbəsinə gedərək cinayət törətdiyini bildirib və təslim olub.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.