Ölkə

Azərbaycanda ərinin dostu ilə qaçan qadını ailə qəbul etməyib - ŞOK HADİSƏNİN TƏFƏRRÜATI

21 Fevral 2020 17:11
7 Şərh     Baxış: 4 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda həyat yoldaşının dostu ilə qaçan qadın haqqında yeni faktlar məlum olub.

Milli.Az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 50 yaşlı Məlahət Hacıyevanı 52 yaşlı Raqub Əhmədovun qohumları qəbul etməyib.

Məsələnin nə dərəcədə həqiqətləri əks etdirdiyini öyrənmək üçün rayonun Talıstan Kənd İcra nümayəndəliyi ilə əlaqə saxladıq.

İcra nümayəndəliyindən bildirilib ki, M.Hacıyeva R.Əhmədova ilə qaçıb.

"Raqub Əhmədovun qohumları Məlahət Hacıyevanı qəbul etmədiyi üçün onlar ayrılmağa məcbur olublar. Məlahət xanım hazırda İsmayıllıda yaşayan bacısıgildə qalır".

R.Hacıyev  faktı inkar edib.

"Məni şərləyiblər. Bununla bağlı polisə müraciət edəcəm", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb. yaşlı qadının əri və qaçdığı kişi əsgərlik yoldaşı olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.