Ölkə

Zakir İbrahimov: ""AzerGold"un satışları "Made in Azerbaijan" brendinin inkişafına xidmət edir"

18 Fevral 2020 12:39
Baxış: 1 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"AzerGold" QSC Bakının 12 müxtəlif məntəqəsində 999,9 əyarlı 5, 10 və 20 qram yüksək keyfiyyətli külçələr və sikkələr satır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "AzerGold"un İdarə heyətinin sədri Zakir İbrahimov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" adlı konfransda deyib.

Onun sözlərinə görə, üzərində Heydər Əliyev Mərkəzi, Qobustan və Qarabağ xalçasının ornamenti əks olunan məhsulların satışı, həmçinin onlayn həyata keçirilir.

Z.İbrahimov bildirib ki, layihənin əsas məqsədi ilk növbədə yerli istehsalın dəstəklənməsi və "Made in Azerbaijan" brendinin təşviq olunmasıdır:

"Bizim məhsulumuz müvafiq keyfiyyət sertifikatı ilə təmin olunur və bu, alıcıların hüquqlarının etibarlı zəmanəti qismində çıxış edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.