Ölkə

İcra başçısı köməkçisini işdən çıxardı

18 Fevral 2020 11:55
0 Şərh     Baxış: 2 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yevlax Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yevlax RİH-nin başçısı Anar Tağıyev köməkçisi Taleh Rəşidovu vəzifəsindən azad edib.

İcra başçısının əmrinə əsasən, bu vəzifəyə İsmayılov Sərvər Dayandur oğlu təyin edilib. 

İcra başçısının digər əmri ilə Mirtofiq Bəşirov vakant olan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

Köməkçi vəzifəsindən azad edilən T. Rəşidov isə Yevlax RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə gətirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.