Ölkə

Çindən təxliyə edilən Azərbaycan vətəndaşlarından XƏBƏR VAR

5 Fevral 2020 20:54
0 Şərh     Baxış: 1 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının səhhəti yaxşıdır, heç bir şikayətləri yoxdur".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Tanrıverdiyev deyib.

O bildirib ki, 14 gün karantin müddəti tamam olduqdan sonra Azərbaycan vətəndaşları xəstəxanadan buraxılacaqlar.

"Karantin müddətinin başa çatmasına bir neçə gün qalmış Azərbaycan vətəndaşlarının vətənə yola salınması məsələsi öz həllini tapacaq", - deyə E. Tanrıverdiyev vurğulayıb.

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.  

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.