Ölkə

Biləsuvarda narkotacirlər saxlanıldı

31 Yanvar 2020 11:34
0 Şərh     Baxış: 5 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini Nahid Səliflinin üzərinə keçirilən baxış zamanı ondan 100 qram çəkidə narkotik vasitə heroin, 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri ilə rayon ərazisində saxlanılan Bakı şəhəri Binəqədi rayon sakini İntiqam Abbasovdan 7,5 qram narkotik vasitə tiryək, 6,5 qram qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarla İ.Abbasovun narkotik vasitələri Biləsuvar şəhər sakini Bəhruz Şahbazovdan əldə etdiyi müəyyən edilib. B.Şahbazov idarə etdiyi "BMW" markalı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Keçirilən baxış zamanı onun üzərindən, avtomobilindən və yaşadığı evdən ümumilikdə 15 qramdan artıq tiryək, 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.