Ölkə

Tanınmış hakim təqaüdə göndərildi - Tərcümey-hal

23 Yanvar 2020 18:37
Baxış: 3 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali Məhkəmənin tanınmış hakimi təqaüdə göndərilib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Fərhad Əliyev 66 yaşında təqaüdə çıxıb.

Qeyd edək ki, Fərhad Əliyev 16 dekabr 1954-cü ildə Bakı şəhərində anadan olub.

1994-cü ildə Silahlı Qüvvələrin üçüncü il dönümü münasibəti ilə "Şah İsmayıl Xətayi" adına Fəxri Fərmanla təltif olunub.

1997-ci ildə Silahlı Qüvvələrin altıncı il dönümü münasibəti ilə "Şah İsmayıl Xətayi" adına Fəxri Fərmanla təltif olunub.

Qarabağ müharibəsi veteranıdır, Ədliyyə Polkovnikidir.

Fərhad Əliyev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1978-ci ildə həmin universiteti bitirib.

İş təcrübəsinə gəlincə, Fərhad Əliyev 1972-1973-cü illərdə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Hərbi Ümumqoşun Komandanlıq məktəbi nəzdində hərbi xidmətdə olub, 1978-1982-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ETMEİ-da krimonologiya, xətt üzrə ekspertiza şöbəsində kiçik elmi işçi, 1982-1991-ci illərdə Aqrarsənaye birliyində arbitraj-hüquq şöbəsində baş hüquq məsləhətçisi, 1991-1992-ci illərdə "RİA" assosasiyasının hüquq şöbəsinin hüquq məsləhətçisi, 1992-1992-ci ilin may ayından iyul ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi işçilərin hüquqlarının qorunması şöbəsində hüquq məsləhətçisi (zabit), 1992-1994-cü illərdə Azərbaycan Respublikası Hərbi Tribunalın hakimi, 1994-2000-ci illərdə Bakı Qarnizonu hərbi tribunalında sədr müavini, 2000-ci ilin iyul ayından hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.