Ölkə

Görün bizə kərə yağı adı ilə nə satırlar... - “Bizim Market”də dəhşət - FOTO

16 Yanvar 2020 16:35
11 Şərh     Baxış: 7 142

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçirərkən 12 tondan çox saxta kərə yağı aşkarlayıb.

Agntlikdən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı marketlərdə "Belorusskaya Korova" əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod "Foodini" MMC tərəfindən ölkəyə idxal olunan "Belaya Korova" əmtəə nişanlı kərə yağına aid olub.

"Belorusskaya Korova" əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının "Luninec" ASC olması qeyd edilib. Belarusun "Luninec" ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin "Belorusskaya Korova" əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.

Məlum olub ki, "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Belarusskaya Korova" əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi "SN Qida Təchizat" MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı ("İdxalçı müəssisənin adı və ünvanı", "göndərən müəssisənin adı və ünvanı", "mənşə ölkəsi", "yüklənmə yeri", "istehsalçının adı və ünvanı bölmələri") saxtalaşdırılıb.
Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.

Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. "Bizim Market" şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilmiş və göstərilən məhsul partiyası dövriyyədən çıxarılmışdır.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Qərib Babayev · 16 Yanvar 16:3990

    Olan millətə olur. Aşkarlanana qədər nə qədər adam aldanıb alıb o yağdan kim bilir? Ciblərini doldurmağı fikirləşirlər ancaq

    Cavab yaz
  • Anonim
    KMV · 16 Yanvar 17:22102

    Menim azerbaycan xalqina ureyim yanir ,cox tessuf milletin yediyi hamisi bu veziyyetdedir elbetdeki kasib tebeqenin.Ona gorede xestelik bas alib gedir .Inanin men yasadigim olkede hele seker xestesine rast gelmemisem amma az hallarda tezyiqi olan olur.

    Cavab yaz
    • Anonim
      17:22 · 16 Yanvar 18:0911

      Ora haradi hansi ölkedi?

      Cavab yaz
  • Anonim
    Jale · 16 Yanvar 18:0570

    Bu qida tehlukesizliyi bes aciq-ashkar satilan yag spredlerini(Южанка ve s) niye yigishdirmir?Niye enerji ichkilerinin,yararsiz saqqizlarin,chipsi ve nnnnnn qeder axmaq mehsullarinin satishina goz yumur?

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 Yanvar 18:3771

    Bunu gördük Görmediyimiz o qedeeeeeerrr bele saxta qidalar yeyib ustundende su icirik.Neyniyek satmasinlar daaa bizeeee .. Yaziqqq milletimm.Deyilene gore bütün yaqlari bizim bir rayon var adin cekmiyecem orda istehsal edirler yalndan Zellandiya Finlandiya ne bilim nədiya olkelerin etiketi altinda satirlar hamisi eyni toyuqun cuceleridi basqa adlar altinda satirlar

    Cavab yaz
  • Anonim
    Mehman · 16 Yanvar 18:4160

    Marketlerde olan yaglarin coxu beledir.Ozumuz ozumuze oz milletimize quyu qaziriq

    Cavab yaz
  • Anonim
    Ana · 16 Yanvar 19:2270

    uzun zamandır bu "kere"yağlarından almıram eve ancaq tanış afamdan nehre yağı seher yemeye,xöreklerdede temiz sıxılmış günebaxan yağı az alıram az az istifade edirem olmadı yağsız qalıram amma almıram.uşaqlarada mektebe ancaq evden ne ise çerez ya lavaş arası nese hazırlayıb qoyuram icaze vermirem oranin iylenmiş şirniyatlarin alsinlar.

    Cavab yaz
  • Anonim
    _ · 16 Yanvar 21:3011

    O yağı alardım, satışda olsaydı..

    Cavab yaz
  • Anonim
    Seva · 17 Yanvar 11:4000

    Guya azərbaycanda nəyin keyfiyyəti varki bununda olsun.

    Cavab yaz
  • Anonim
    bm · 17 Yanvar 16:3101

    Bizim market həll yolunu tapa bilməyib

    Cavab yaz
  • Anonim
    zz · 17 Yanvar 16:4610

    80 ci illerde qostronom deyilen maqazalarda 3 cure yaq satilirdi,kere ,sokolad ve marqarin.umumiyyetle saxta mal ve vaxti kecmis mal olmurdu. indi ise bir ermenisifet evinde araq duzeldir o biri yaqi saxtalasdirir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.