Ölkə

2019-cu ildə Azərbaycanda 386 bina qazla təmin olunub

10 Yanvar 2020 16:40
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a məlumat verilib.

Bildirilib ki, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, 2019-cu il ərzində 386 yaşayış binası üzrə 26630 mənzil, dekabr ayında isə 81 yaşayış binası üzrə 4536 mənzil təbii qazla təmin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.