Ölkə

"Cavan atam bir həftənin içində qoca kişi oldu" - Aytən başlarına gələn faciədən danışdı - FOTO

9 Yanvar 2020 11:03
8 Şərh     Baxış: 9 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Aytən Səfərova "Bizimləsən"də 47 gündən sonra yanmış cəsədi tapılan 10 yaşlı Nərminin atasının soyuqqanlılığını tənqid atəşinə tutub.

Milli.Az xəbər verir ki, aparıcı azyaşlı övlad itkisinə öz ailəsində də şahid olduğunu bildirib.

Aytən müqayisə üçün azyaşlı qardaşının faciəvi ölümü zamanı valideynlərinin nə hala düşdüyünü diqqətə çatdırıb:

"Mənim qardaşım Rusiyada çayda batmışdı. Çalışıram bu mövzuya qayıtmayım. Mən bilirəm balaca qardaş-bacını itirmək nədir. Atam cavan, güclü kişi idi. Qardaşım batanda atam bir həftə içində qocaldı. Mənim anam, qadın xeylağı ayaqyalın, başıaçıq o boyda binaların zirzəmilərinə gedib girirdi ki, bəlkə uşağım çıxıb evdən yaddaşı itib. Gedib zirzəmi-zirzəmi, ev-ev, qapı-qapı axtarırdı ki, uşaq görməmisiniz burada? Əsl ata, ana instinkti olmalıdır".

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.