Ölkə

"Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsində sıxlığın səbəbi bilindi - RƏSMİ

3 Yanvar 2020 13:04
0 Şərh     Baxış: 1 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə 3 saatlıq sıxlığa səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib. Onun sözlərinə görə, yaranmışmış problemlə bağlı dərhal müvafiq tədbirlər görülüb:

"Ötən gün Gürcüstan ilə sərhəddə yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə məlumatlar yayılıb. Bildirim ki, gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə 3 saatlıq sıxlığa səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb".

N.Axundov əlavə edib ki, hazırda "Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir, nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində heç bir sıxlıq müşahidə olunmur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.