Ölkə

Özəl ekspertlər verdikləri rəyə görə məsuliyyət daşıyacaqlar

20 Dekabr 2019 12:57
0 Şərh     Baxış: 749
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Özəl ekspertlər də verdikləri rəyə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Məhkəmə-ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.

O bildirib ki, ekspertiza ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün müddəalar özəl ekspertiza sahəsinə də aiddir.

"Həmçinin, özəl ekspertlərin də səlahiyyətləri çərçivəsində həyata keçirdikləri ekspertiza ilə bağlı qanunda nəzərdə tutulmuş hüquqları ilə yanaşı məsuliyyətləri də var".

Onun sözlərinə görə, dövlət, yaxud özəl ekspertiza təyin etmək hüququ müraciət edən şəxsin özü tərəfindən müəyyən edilə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.