Ölkə

Bakıda 12-ci sinifdə neçə nəfər təhsil alır?

19 Dekabr 2019 14:14
0 Şərh     Baxış: 3 501
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 319 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Milli.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 nəfər müəllim məşğul olur.

2019-2020-ci tədris ilində ümumi təhsil məktəblərinin I siniflərində 45 637, IX siniflərində 30 945, XI siniflərində 19 521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 nəfər təhsil alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.