Ölkə

Bu hal tənqidlərə səbəb olur - Nazir

18 Dekabr 2019 16:21
0 Şərh     Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təhsil üzrə bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri çox yüksək görünməyə bilər. Bu, bəzi hallarda tənqidlərə də səbəb olur. Ancaq hesab edirəm ki, qiymətləndirmələrdə bizim nəticənin yüksək olmaması iştirak etməmək üçün əsas gətirilə bilməz".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmələrdə bütün ölkələr iştirak etmir. Burada əsasən inkişaf etmiş ölkələr iştirak edirlər.

Nazir hesab edir ki, bu ölkələrlə eyni yarışmada olmağın özü müəyyən mənada bir cəsarət tələb edir: "Həmin beynəlxalq qiymətləndirmələrin nəticələrinin sıralamasında daha vacibi yer tutmağın analitik təhlili, buna səbəb olan amillər barədə ölkəyə təqdim edilən çox geniş materialların hazırlanmasıdır. Bunlar da həyata keçirilən islahatlar zamanı mütləq nəzərə alınmalıdır".

C.Bayramov qeyd edib ki, əsas məqamlardan biri də Azərbaycanın milli qiymətləndirmələri ilə beynəlxalq qiymətləndirmə standartları arasında fərqlərin olmasıdır: "Bu istiqamət üzrə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq edilir. Əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxunun Azərbaycanda təhsil sistemində istifadə etməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.