Ölkə

Nazir müavini: "Gələn il səyyar sosial xidmətlər göstərilə bilər"

17 Dekabr 2019 15:24
0 Şərh     Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gələn il beynəlxalq təcrübədən çıxış edərək sosial xidmətlərin səyyar vasitə ilə göstərilməsi modelinin tətbiqinə başlamaq istəyirik".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanın demək olar ki, bütün bölgələrində müxtəlif sosial layihələr həyata keçirilir:

"Onlara təxminən 1500 şəxs cəlb olunub. İl ərzində 10 mindən çox vətəndaşa sosial sifariş vasitəsilə xidmət göstərilir. Dekabrın 2-də ölkə başçısı sosial infrastrukturun təkmilləşdirilməsi üçün əlavə vəsait ayırıb. Bu bizə bir daha imkan verəcək ki, sosial layihələrin əhatə dairəsini daha da genişləndirək. Eyni zamanda sosial infrastrukturu da gücləndirək".

A.Kərimov qeyd edib ki, sosial müəssisələr vasitəsilə il ərzində təxminən 15 min vətəndaşa stasionar xidmət göstərilir.

Eyni zamanda sosial müəssisələrdə 1000-dən artıq sağlamlıq imkanları məhdud və ahıl vətəndaşlar var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.