Ölkə

Namizəd sakinlərə müraciət etdi

16 Dekabr 2019 16:07
Baxış: 4 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namizəd Qəhrəmanov İqbal İbiş oğlunun Sahil qəsəbəsi Bələdiyyəsi üzvlüyünə namizədliyi qeydə alınıb. O, sakinlərə müraciət edib:  

Əziz dostlar və Sahil qəsəbəmizin sakinləri!

23 dekabr 2019-cu ildə keçiriləcək Bələdiyyə seçkilərində iştirak etmək məqsədilə mənim Sahil qəsəbəsi Bələdiyyəsi üzvlüyünə namizədliyim sizin dəstəyiniz sayəsində 11 saylı Qaradağ seçki dairəsindən qeydə alınıb.

Bu müddətdə həm həyatda, həm də sosial şəbəkədə ünsiyyətdə oldugum, şəxsən tanıdığım, bir çox hallarda isə şəxsən tanımadığm qəsəbə sakinlərindən xoş sözlər, uğurlar, səmimi dəstək fikirləri esitdim. Təvazökarlıqdan uzaq olsa da bir məqamı da qeyd etmək istərdim ki, əksər insanlar belə bir fikir söyləyirdilər ki, seckidə iştirak etmək fikriləri olmayıb, amma mənim namizədliyimə görə iştirak edəcəklər. Mən isə onlara  tövsiyyə etdim ki, istənilən halda maraqlanmaq, bilmək, fəal olmaq, mövqe sərgiləmək lazımdır.

Məlumdur ki, seçkidə iştirak edən namizəd, seçiləcəyi təqdirdə ona verilən səlahiyyət çərçivəsində hansı işləri görmək istədiyini, hansı problemləri həll etməyə çalışacağını bildirir, vədlər verir.

Bu mənada görüləcək işlər çoxdur, dünən də, bu gün də və sabah da qəsəbəmiz üçün, qəsəbə sakinlərimizin ümumi problemlərinin həlli üçün ürəyimiz həmişə yanıb və yanacaqdır.

Qeyd edim ki, bu günədək şəxsən özüm, ailə üzvlərim, söz  sahibi olan dostlarım bir neçə ümumi problemin həlli istiqamətində fərdi qaydada müəyyən cəhdlər etmişik və nəyə isə nail oduğumuz da olub,olmadığımız da. Lakin hələ də hamımızı narahat edən problemlər vardır.

Çox qısa və vaciblik dərəcəsini nəzərə almaq ardıcıllığl ilə bunları qeyd etmək istərdim:

- Bakıda təhsil alan  və işləyən çoxsaylı qəsəbə sakinlərinin vaxtında mənzil başına  çatması üçün qəsəbəsini hansısa metro stansiyası ilə birləşdirən sərnişin marşrut xəttinin olmaması;

- Hərəkətin intensiv olduğu küçələrdə (M.Seyidov, Z.Qasımov) nəzarətin zəif olması səbəbindən obyekt sahiblərinin piyada səkilərini zəbt etməsi, piyada yaxud uşaq arabası ilə hərəkət etməyi mümkünsüz edən bir biri ilə uzlaşmayan pillə və pandusların insa edilməməsi;

- Küçə işıqlanmasının zəif və bəzən heç olmaması;

- Bankların filiallarıının olmaması;

- Qəsəbə xəstəxanasında 60 ildən artıq fəaliyyət göstərən doğum şöbəsinin 2 əvvəl tamamilə bağlanması;

- Küçə ticarətini yıqışdırmaqla qəsəbənin sərq tərəfində bələdiyyə nəzdində kənd təsərrüfatı mallarının yarmarkasının təskili;

- Küçələrdə heç bir mənəvi, sanitar və s. normalara uyğun olmayan ət kəsimi, heyvan saxlanmasının  müvafiq qurumlarla birgə qadağan edilməsinə nail olmaq;

- Sahibsiz itlərin coxluğu və doğura biləcək fəsadların qarşısının alınması üçün  müvafiq tədbir görülməməsi;

- Böyük ölçülü yük avtomobillərinin mərkəzi küçələrdə "park" edilməsinin qarşısının alınması və bir sıra cari məsələlərin həlli.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.