DİN-in polkovniki təqaüdə göndərilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini - "Mübariz Keşikdə" qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov təqaüdə göndərilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, C.Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bununla əlaqədar keçirilən yolasalma mərasimində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, DİO əməkdaşlarının cinayətkarlıqla mübarizədə, respublikada ictimai-siyasi sabitliyin və dövlətçiliyin qorunması sahəsində fədakar xidmətinin təbliğ olunmasında göstərdiyi peşəkarlığı, Mətbuat Xidmətinin rəis müavini, redaktor kimi 25 illik qüsursuz fəaliyyətini yüksək qiymətləndirib. V.Eyvazov bundan sonra da ona yaradıcılıq uğurları arzulayıb, qazandığı təcrübəni gələcəkdə də gənclərlə bölüşəcəyinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmaları, cəmiyyətdə polisin yüksək nüfuzunun və imicinin qorunub-saxlanması işinə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, polis polkovniki Cavid Xaspoladovun xidmətləri fəaliyyəti ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, "İgidliyə görə" medalı ilə təltif olunub, DİN-in bir çox mükafatlarına layiq görülüb.
Sonda nazir Vilayər Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in "Fəxri fərman"ını C.Xaspoladova təqdim edib.
Yüksək diqqət və qayğıya, xoş sözlərə görə minnətdarlığını bildirən Cavid Xaspoladov öz bilik və bacarığını, təcrübəsini bundan sonra da əsirgəməyəcəyinə, polisin şərəfini daim uca tutacağına söz verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
XƏBƏR LENTİ
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb





