"Uşaqların internetdəki zərərli informasiyalardan qorunması üçün nəzarət mexanizmləri olmalıdır" - Komitə sədri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaqların internetdəki zərərli informasiyalardan qorunması üçün nəzarət mexanizmləri olmalıdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxış edən komitə sədri Rafael Hüseynov deyib.
Onun sözlərinə görə, televiziyalarda uşaqların zərərli informasiyalardan qorunması tənzimlənir:
"Amma qanunla qoruya bilmədiyimiz ayrı şəbəkə - internet də var. İnternetdəki mənfi informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır. İnternet vasitəsilə cəmiyyətə böyük faydalar vermək də olur, amma digər tərəfdən onun təhlükələri də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanizmləri olsun. Amma nəzarət mexanimləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun".
Komitə sədrinin sözlərinə görə, mövcud mədəniyyət evləri şəbəkəsinin tamamilə yeni səviyyədə qurulması məsələsi qaldırılmalıdır.
R.Hüseynov bildirib ki, dünyada kino yaranandan bir necə il sonra Azərbaycanın ilk filmləri olub: "İlk filmlərimiz neftlə bağlı olub. Neft ölkəsində kinonun inkişafına diqqət artırılmalıdır. Ən müxtəlif sahələrdə filmlərə ehtiyacımız var, amma uşaq filmləri xüsusi qeyd edilməlidir".
Komitə sədri əlavə edib ki, "Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi tam hazırdır. Milli Məclisin payız sessiyasında bu qanun layihəsinin plenar müzakirəyə çıxarılması nəzərdə tutulur.
R.Hüseynovun sözlərinə görə, "Yazılı abidələr haqqında" qanun layihəsinin də ilkin variantı hazırdır.
Digər tərəfdən, "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi hazır olsa da, orada iki müddəa ilə bağlı fikir ayrılığı var. Həmin məsələlər həllini tapandan sonra onun da müzakirəyə təqdim edilməsi mümkündür.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında", "Məktəbəqədər təhsil haqqında", "Kinematoqrafiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Teatr və teatr fəaliyyəti haqqında" qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır





