Qəzada oğlunu və qardaşını itirən qadının intihar xəbəri yalandır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Masallıdakı 8 nəfərin öldüyü qəzada yaralanan qadının dünən gecə saatlarında intihar etdiyi ilə bağlı məlumat yayılıb.
Öncə sosial şəbəkələrdə dolaşan bu informasiya sonradan xəbər saytlarında da görünüb. Yayılan məlumatda qeyd olunub ki, qəzada 3 yaşlı oğlu Ayxan öldüyü üçün onun anası Miranə (Yaxınları adının Mirana olduğunu bildirib) Tağıyeva qəzadan sağ çıxsa da, sonra müalicə olunduğu xəstəxanada intihar edərək özünü öldürüb.
Milli.Az xəbər verir ki, qafqazinfo məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, respublikanın heç bir xəstəxanasında belə bir fakt qeydə alınmayıb.
Daha sonra Lerik Rayon Polis Şöbəsi və rayon prokurorluğu sözügedən məlumatı araşdıraraq saytımıza açıqlama veriblər. Məlum olub ki, rayonda intihar və ya intihara cəhd hadisəsi baş verməyib.
M.Tağıyevanın yaxınları da qafqazinfo ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu, Miranənin hazırda Bakıda olduğunu bildiriblər.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, dünən paytaxtda yalnız polis rəisi Əliaslan Ağayevin oğlu Orxan Ağayevin intiharı qeydə alınıb, Bakıda bundan başqa intihar və ya intihara cəhd hadisəsi baş verməyib. Respublikada isə yalnız Mingəçevirdə ruhi xəstə olan Ruhiyyə adlı qadın intihar edib.
Qeyd edək ki, Miranə Tağıyevanın oğlu Ayxan və qardaşı Tağıyev Əlizahir Masallıda baş verən qəzada həlak olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sürətli çəki artıran ən pis 3 səhər yeməyi açıqlandı
-
İzdihamdan qaçıb hüzuru evində tapanlar: Ən ailəcanlı 5 bürc
-
Sgroppino: İtalyan limon içkisi resepti
-
Qarderobların içində kifdən əsər-əlamət qoymayan üsul aşkarlandı
-
Uorren Baffet: "Heç kimin nə vaxt öləcəyi bəlli deyil, bütün sərvətim 2034-cü ilə qədər bağışlanacaq"
-
Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada
-
Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
-
DÇ-2026: Argentina finalda İspaniyanın rəqibi oldu - Yenilənib
-
Çölü nazik, içi bol içlikli: İçli köftə necə hazırlanır?
-
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
-
DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
-
Numerologiyaya görə, bu 5 tarixdə doğulanlar əsl eşqi tapmaqda çətinlik çəkirlər
-
Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
-
Paytaxtın dörd rayonunda işıq olmayacaq
-
Günün qoroskopu: Özünüzə güvənin.
-
ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başlayıb
-
"Bayern" Olisenin əvəzləyicisini tapıb
-
Kadırovun şəkli olan Ayfon satışa çıxarıldı (Foto)
-
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
-
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Şəmkirdə avtomobillər toqquşub, üç nəfər xəsarət alıb (Foto)
-
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
-
Krikorov vllasını 8 milyona satırdı 100 dollara aldılar
-
“Yeraltı”nda yeni aktrisa





