Sabiq MTN əməkdaşının məhkəməsi başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin gəlmədiyi elan olunub.
Məhkəmə iclası sentyabrın 19-da davam etdiriləcək.
İttiham aktına əsasən, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.
Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Araşdırma zamanı V.Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əmələ törətdiyi üzə çıxıb.
Belə ki, həbsxanada ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib. Naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000, Firdovsi Məmmədovdan 2500, Namiq Həsənovdan 3000 manat alıb.
Cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.
V.Allahverdiyev ona qarşı irəli sürülmüş ittihamla özünü günahkar bilməyib. Heç kimdən əfv üçün pul almadığını deyib. Bəzi şəxslərdən isə borc pul aldığını bildirib.
Məhkəmədə məlum olub ki, bu iş üzrə 6 nəfər zərərçəkmiş var.
Zərərçəkmişlərdən biri Tural Əliyevdir. O, V.Allahberdiyevin sevdiyi xanımın qardaşıdır. V.Abdullayev T.Əliyevdən pul alaraq onu MTN-ə işə düzəldəcəyini deyib.
Qeyd edək ki, dələduzluqda ittiham edilən V.Allahverdiyev daha əvvəl ləğv edilmiş MTN-də işləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Füzulidə evin həyətindən kişi meyiti tapıldı
-
Bakıda evdə tonqal qalayan ana-qız saxlanıldı
-
Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)
-
Çimərlik istiqamətinə yeni avtobus marşrutları açıqlandı - Hansı xətt hara gedir?
-
AMB uçot dərəcəsi ilə bağlı qərarı açıqladı
-
Artıq Bakı-Tbilisi qatarlarında 3 ay sonrayadək bilet ala biləcəksiniz
XƏBƏR LENTİ
-
Füzulidə evin həyətindən kişi meyiti tapıldı
-
Bakıda evdə tonqal qalayan ana-qız saxlanıldı
-
Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)
-
Çimərlik istiqamətinə yeni avtobus marşrutları açıqlandı - Hansı xətt hara gedir?
-
Türkiyənin iki bölgəsində dron həyəcanı: Biri bağçaya, digəri tarlaya düşdü
-
AMB uçot dərəcəsi ilə bağlı qərarı açıqladı
-
Əkizlər,Tərəzi və Xərçəng bürclərini çətin sınaqlar gözləyir
-
Artıq Bakı-Tbilisi qatarlarında 3 ay sonrayadək bilet ala biləcəksiniz
-
Məişət texnikası mağazalarının "pulsuz quraşdırılma" vədi nə dərəcədə dürüstdür? - ARAŞDIRMA
-
Prezident İlham Əliyev: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
-
Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
-
İnternetdə qumar təşkilinə görə cəzalar artırılır - 4 ilədək həbs ola bilər
-
Prezident İlham Əliyev İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
-
ABB-dən qəribə qərar: "m10"-a pul köçürmələrinə məhudiyyət qoyuldu - (Foto)
-
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
-
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
-
ADY: Bakı-Tbilisi reysində biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır
-
"Ümid" filminin aktyoru vəfat etdi - (Foto)
-
Fuad Hüseynov həbs edildi
-
Bir imza sizi zərərə sala bilər: Qaraj alışı ilə bağlı xəbərdarlıq
-
Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır?
-
Sabah imtahan var
-
Gəncədə ağır qəza: 22 yaşlı moped sürücüsü həyatını itirdi
-
Mirabbas Xuduzadə saxlanıldı





