Ölkə

Fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək

20 Avqust 2018 20:19
0 Şərh     Baxış: 1 492
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyəti olan şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi təşkil olunacaq.

Milli.Az bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir "2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən keçiriləcək. Sərgi-müsabiqədə respublikanın bütün bölgələri üzrə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işləri (hörmə, rəsm, toxuma, xalça və dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, bədii tikmələr, müxtəlif maketlər və s.) nümayiş etdiriləcək.

Sərgi-müsabiqə müvafiq nominasiyalar üzrə bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçıların 3 dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində mükafatlandırılması ilə yekunlaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.