Ölkə

Şamaxıda iki avtomobil qoyun sürüsünə girdi - YENİLƏNİB - VİDEO - FOTO

23 İyun 2017 16:24
5 Şərh     Baxış: 1 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

16:24

Şamaxıda iki avtomobil qoyun sürüsünə girib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

İsmayıllı sakini Bəhram Qurbanovun idarə etdiyi "Mersedes" və Şamaxı sakini Məşhur Həmdəmovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillər hərəkətdə olarkən qəflətən yola çıxan qoyun sürüsünü vurub. Hadisə zamanı Qənimət Hacıyevə məxsus sürüdə 7-yə yaxın qoyun ölüb, avtomobillərə ciddi ziyan dəyib.

Qənimət Hacıyev - Sürünün sahibi: "Heyvanları qapıdan çıxaran vaxtı oradan "Mersedes" maşını gəldi, əl fənəri ilə işarə verdim ki, saxla, saxlamadı. Vurdu, 4 qoyunumu atdı ora. Qalan qoyunlar aşağıya qaçan vaxt, "06" 3 qoyunumu vurdu".

Faktla bağlı araşdıma aparılır.

----------

11:50

Şamaxı rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda, Şamaxı şəhəri ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini Bəhram Qurbanovun idarə etdiyi "Mersedes" və Şamaxı sakini Məşhur Həmdəmovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillər hərəkətdə olarkən qəflətən yola çıxan qoyun sürüsünə girib.

Hadisə zamanı 10-a yaxın qoyun ölüb, bir neçəsi xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Fənərlə işarə verdim ki, saxla, saxlamadı" - 2 avtomobil qoyun sürüsünü vurdu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.