16:24
Şamaxıda iki avtomobil qoyun sürüsünə girib.
Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda, Şamaxı şəhəri ərazisində qeydə alınıb.
İsmayıllı sakini Bəhram Qurbanovun idarə etdiyi "Mersedes" və Şamaxı sakini Məşhur Həmdəmovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillər hərəkətdə olarkən qəflətən yola çıxan qoyun sürüsünü vurub. Hadisə zamanı Qənimət Hacıyevə məxsus sürüdə 7-yə yaxın qoyun ölüb, avtomobillərə ciddi ziyan dəyib.
Qənimət Hacıyev - Sürünün sahibi: "Heyvanları qapıdan çıxaran vaxtı oradan "Mersedes" maşını gəldi, əl fənəri ilə işarə verdim ki, saxla, saxlamadı. Vurdu, 4 qoyunumu atdı ora. Qalan qoyunlar aşağıya qaçan vaxt, "06" 3 qoyunumu vurdu".
Faktla bağlı araşdıma aparılır.
----------
11:50
Şamaxı rayonunda yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda, Şamaxı şəhəri ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini Bəhram Qurbanovun idarə etdiyi "Mersedes" və Şamaxı sakini Məşhur Həmdəmovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillər hərəkətdə olarkən qəflətən yola çıxan qoyun sürüsünə girib.
Hadisə zamanı 10-a yaxın qoyun ölüb, bir neçəsi xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: