Ölkə

QMİ "Fatimeyi-Zəhra" məscidi ətrafında yaranmış vəziyyətlə bağlı münasibətini açıqlayıb

9 Fevral 2017 12:07
2 Şərh     Baxış: 3 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeni Günəşli qəsəbəsindəki "Fatimeyi-Zəhra" məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub".

Milli.Az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən (QMİ) bildirilib.

"Məscidlə bağlı narahatlığa heç bir əsas yoxdur", - deyə QMİ-dən əlavə olunub.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində "Fatimeyi-Zəhra" məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə kompleksinin tikintisinə icazə verilib. Lakin bu yaxınlarda həmin ərazidən məscidə 0,25 ha (25 sot) torpaq sahəsi verilib. Vəkil Cavad Cavadov bəyan edib ki, qalan 105 sot ərazi məsciddən alınır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.