Ölkə

Ukraynada daha bir həmyerlimiz həlak oldu - İkisi itkin düşdü - FOTO

20 Dekabr 2025 09:54
Baxış: 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayon sakini Elnur Aydın oğlu Mirismayılzadə Rusiya ordu sıralarından daxil olduğu döyüşdə həyatını itirib. O, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki "Axmat Sever" hərbi birləşməsində döyüşürmüş.

Bundan başqa, Rusiya tərəfdən müharibəyə qoşulmuş iki həmyerlimizin də itkin düşməsi məlum olub. Belə ki, Sumqayıt şəhər sakini Bəhlul Zülfüqar oğlu Abbasov Ukraynanın Çasov Yar yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə iştirak edəndən sonra itkin düşüb. Xeyli vaxtdır onun taleyi barədə məlumat almaq mümkün olmayıb.

Həmçinin Lənkəran rayonu Xanbulan kənd sakini Anar Nurməmməd oğlu Cabbarov da 4 aya yaxındır Rusiya-Ukrayna cəbhəsində itkin düşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.