Ölkə

Azərbaycan dili sertifikatı hansı sahələrdə tələb olunacaqsa, həmin şəxslər müvafiq imtahandan keçməlidir - Məleykə Abbaszadə

19 Dekabr 2025 18:31
Baxış: 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan dili üzrə bilik səviyyəsinə uyğun sertifikat verilməsini hüquqi müstəvidə həll etmək üçün müvafiq orqanlara müraciət edilib.

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, sertifikatın formatının təsdiqlənməsi, nə vaxt təqdim ediləcəyi, kimlərə veriləcəyi, hansı növ imtahanlarda qəbul olunacağı və kimlərdən tələb olunacağı məsələləri həll edilməlidir:

"Azərbaycan dili sertifikatı hansı sahələrdə tələb olunacaqsa, həmin şəxslər müvafiq imtahandan keçməlidirlər. Amma tələb olunmadığı halda da bu imtahandan keçərək ana dilinizi hansı səviyyədə bildiyinizi yoxlaya bilərsiniz. Sertifikatı əldə edən şəxs onu IELTS və TOEFL sertifikatları kimi CV-sinə əlavə edə bilər. Həmçinin, bu sertifikat dövlət tərəfindən tanınmış sertifikat kimi işəgötürənlərə təqdim oluna bilər".

Məleykə Abbaszadə qeyd edib ki, sınaq variantda iştirak sayı çox az olub:

"Sınaq variantında imtahandan keçənlərin nəticələri artıq özlərinə təqdim edilib. On milyonluq Azərbaycan əhalisindən ən azı 20 min nəfərin bu imtahanda iştirakını gözləyirdik. Təəssüf ki, minə yaxın şəxs iştirak edib. Amma özümüz əlavə olaraq imtahanlara müəyyən adamları cəlb etdik və bu say nəticələri təhlil etməyə kifayət etdi. Biz hamıya müraciət etmişdik; əsas məqsəd hər təbəqədən olan insanların imtahanda iştirakı idi".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.