Ölkə

Paytaxtda ödənişli hərəkət zonaları yaradılacaq

19 Sentyabr 2025 17:41
Baxış: 343
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtda ödənişli hərəkət zonaları yaradılacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun maliyyələşmə mənbələrindən biri olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.