Türkiyə

Məhkəmə türkiyəli jurnalist barədə qərar verdi - FOTO

19 Sentyabr 2025 17:35
Baxış: 1 072
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Haqqında məhkəmə iddiası qaldırılan məşhur türkiyəli jurnalist Ece Üner bəraət alıb.

Milli.Az xəbər verir ki, məlumata görə, Ece Ünerin sosial şəbəkədəki bir paylaşıma FETÖ ilə bağlı etdiyi şərhə görə 2 ilə qədər həbsinin tələb edildiyi iş üzrə qərar açıqlanıb.

İstanbul 19-cu Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilən ikinci iclasda hakim jurnalistə bəraət verib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə Ece Ünerin "Ədalətli mühakiməyə təsir etməyə cəhd" ittihamı ilə 50 gündən az olmamaq şərti ilə pul cəzasına və "Dövlətin məhkəmə orqanlarını açıq şəkildə təhqir etmək" maddəsi üzrə 6 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilməsi istənilirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.