İdman

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in kuboku “Odlar Yurdu”na həsr olunub - VİDEO

19 Sentyabr 2025 18:12
Baxış: 294
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir. Dünyaca məşhur dizayn şirkəti Pininfarina tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasına simvolizə edir..

Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. "Xan Qarabağ" motivindən götürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək Formula 1-in dinamik ruhunu milli irslə birləşdirir.

Qeyd edək ki, kubok final yarışından sonra qaliblərə təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.