Dünya

Trampın oğlu Ərdoğanla görüşdü - Nə danışdılar?

19 Sentyabr 2025 17:58
Baxış: 390
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Trump Jr. ötən həftə İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə gizli görüş keçirib. 

Milli.Az xəbər verir ki, hökumətə yaxın mənbələr və Dolmabahçəyə yaxın qaynaqlar görüşü təsdiqləsələr də, onun yalnız "nəzakət" xarakterli olduğunu və Qəzza və ya başqa konkret bir gündəmin müzakirə edilmədiyini açıqlayıb. 

Bəzi mənbələr görüşün gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində Ərdoğanın Donald Tramp (ata) ilə planlaşdırılan ikitərəfli görüşün təşkilinə hazırlıq ola biləcəyini göstərirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.