Ölkə

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı

17 Sentyabr 2025 18:59
Baxış: 476
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40490 nəfər olub.

Milli.Az xəbər verir ki, bu barədə məlumat təsdiq olunan "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, onlardan 39485 nəfəri kişi, 1005 nəfəri isə qadındır. 

Qeydiyyatda olanların 20182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.