Ölkə

Onlara kompensasiya veriləcək

28 Noyabr 2025 13:46
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirvan Suvarma Kanalının yenidən qurulması layihəsi çərçivəsində Ağdaş rayonu üzrə tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə kompensasiya veriləcək.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat əldə edib.

Qeyd edilib ki, həmin torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirmə işlərinə başlanılıb.

Məlumata görə, xüsusi mülkiyyətdə olan 400, bələdiyyə mülkiyyətində olan 114 torpaq sahəsinin, 71.496 ədəd ağacın və 32 ədəd tikilinin qiymətləndirilməsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.