2 dekabr 2025-ci il tarixində saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin "İnstrumental ifaçılıq" kafedrasının müəllim və tələbələrinin "Rəsm sehrinin altında - Barokkodan bu günə... " adlı konsert proqramı keçiriləcək.
Konsertdə tələbələr Sünbül Səfərli, Nərgiz Səfərli, Nüşabə Rüstəmova, Həmayə Baxışova, Rəvanə Musayeva, Ülviyyə Tağıyeva, Sevda Abbasova, Aynur Əhədova, Röya Əhmədova, Aysel Qafarova, Dilbər İslamova, Nəzrin Əsgərli, Ağa Babazadə, Leyla İsgəndərova, Cəmilə Hüseynzadə, Türkan Mustafayeva, Büsat Yusifzadə, Musa Musayev, Yəhya Rzayev və Ülvi Tahirov öz müəllimləri - Mirxalid Məmmədzadə, Zaur Məmmədov, Günel Quliyeva, Leyla Parlanova və Aydan Vəzirova - birlikdə çıxış edəcəklər. Konsertin aparıcısı tələbə Kimya Cəfərli olacaq.
Proqramda Barokkodan müasir dövrə qədər dünya bəstəkarlarının unudulmaz əsərləri səsləndiriləcək. Bu musiqili axşamda tamaşaçılar klassik musiqinin incəliklərini kəşf edəcək və unudulmaz bir atmosfer yaşayacaqlar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





