Ölkə

Saatlıda çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən tunellər aşkarlandı

15 Avqust 2025 14:40
Baxış: 439
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Saatlı rayonunun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rüstəm Əliverdiyev saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.