Saatlı rayonunun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rüstəm Əliverdiyev saxlanılıb.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Milli.Az