Ölkə

Polkovnik yüksək vəzifəyə təyin edildi

26 İyun 2025 09:18
Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

Milli.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, müvafiq əmrə əsasən, bu vəzifəyə 44 günlük Vətən mübaribəsi iştirakçısı polkovnik Etibar Məhərrəmov təyinat alıb.

Etibar Məhərrəmov Laçın rayonunun Sus kəndindəndir.  O, müharibədə göstərdiyi xidmətlərə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və digər medallarla təltif edilib. 

Qeyd edek ki, Etibar Məhərrəmov bu vəzifədə general-leytenant Fazil Ağalarovu əvəz edib. General Ağalarov bir neçə ay əvvəl təqaüdə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.