Ölkə

Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda əlavə ediləcək

21 İyun 2025 13:02
Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Polis haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizi onların sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.