Ölkə

Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - FOTO

21 İyun 2025 16:17
Baxış: 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilən şəxslərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

Biləsuvar rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mübariz İbrahimov küçəsində qeydə alınıb.

"Hyundai" markalı minik avtomobili "QAZel" markalı sərnişin mikroavtobusuna çırpılıb.

Qəzada xəsarət alanların olduğu bildirilir.

Onlar Biləsuvar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.