Ölkə

Siqaret faciəyə səbəb oldu - Özü öldü, qardaşı yaralandı

28 May 2025 19:48
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, rayonun Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın olub.

Belə ki, ümumi sahəsi 130kv.m. olan birmərtəbəli beşotaqlı fərdi yaşayış evində təmir işləri aparılan zaman yaranan yanğın partlayışa səbəb olub.

Partlayış dalğasının təsirindən evdə yaşayan 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu aldığı yanıq xəsarətlərindən vəfat edib. Onun qardaş 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq rayon xəstəxanasına çatdırılıb.

Qonşuların sözlərinə görə, partlayışa səbəb döşəməyə dolğu vurulan zaman siqaret yandırılması olub. Bu zaman evdə partlayış baş verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.