Ölkə

Bakıda şadlıq sarayında toy zamanı yanğın - VİDEO

21 May 2025 12:24
Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Sabunçu rayonunda yerləşən "Louvre Palace" şadlıq sarayında yanğın baş verib.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, hadisə ötən gün toy mərasimi keçirilən zaman olub. Belə ki, saat 19:35 radələrində baş verən yanğının mətbəxdə başladığı bildirilib.

Həmçinin qeyd olunub ki, yanğın zamanı şadlıq evində iki toy mərasimi keçirilirmiş.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik. Qurumdan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirildi ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən şadlıq sarayının mətbəxində kiçik alovlanma baş verib: "Hadisəyə dərhal müdaxilə edilərək söndürülüb".

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.